Ermənistanın sülh danışıqlarına getməsinə Rusiya mane olur? -

“Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqaviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır. Hazırda davam edən proseslər bunu qeyd etməyə əsas var. Çünki, Ermənistan tərəfi buna hazır deyil”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Siyasi şərhçi qeyd etdi ki, bununda əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir.


“Türkiyə Ermənistan sərhədləri açılmasə və Kremlin Yerevana təzyiqləri neytrallaşması fonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin detalları müzakirə edilə bilər. Belə olmadıqda Azərbaycan və Ermənistan arasında arasında hər hansı bir sülh müzakirələrindən danışmaq tezdir. Əgər, Ermənistan tərəfi hazrkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərəkətə keçə bilər. Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur”.

Məhəmməd Əsədullazadə qeyd etdi ki, əgər, silahlı erməni birləşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq.

“Türkiyə Azərbaycan arasında hərbi təlimlər buna əsaslanır. Moskvada Qarabağda baş verənlərin onun mövqelərinə mənfi təsir etdiyinin fərqindədir. Ermənistan və Azərbaycan arasında elə bir ciddi problemlər var ki, bu problemi üç ay ərzində sülh danışıqları ilə həll etmək olmayacaq və buna Yerevanda hazır deyil. Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrdən söhbə gedə bilsin. Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada N. Paşinyan və prezident İlham Əliyev V.Putinin vasitəçliyi ilə bir araya gələ bilər”.

Politoloq qeyd etdi ki, Moskvanın da Azərbaycandan tələbi budur ki, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə Türkiyə ilə məsafə saxlamalıdır. Amma, Azərbaycan nəinki məsafə, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirməyi hədəfindədir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR