​107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-sentyabr aylarında 107 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Metbuat.az xəbər verir ki, onlardan 19 mini pensiya, 88 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən başlayaraq ötən dövrdə pensiyaların və sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Cari ilin 1 oktyabr tarixinədək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR