Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi -

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis idarəsi rəisi vəzifəsinə təyinat alıb.

Metbuat.az unikal.org-a istinadən xəbər verir ki, Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR