ABŞ səfirliydən Ərdoğanın xəbərdarlığına

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iş adamı Osman Kavalanın sərbəst buraxılması üçün çağırış edən ölkələrin səfirlərinin “persona non qrata” elan ediləcəkləri ilə bağlı bəyanatından sonra ABŞ ilk açıqlamasını yayıb.

Metbuat.az xəbər verir ki, ABŞ səfirliyi bildirib ki, Türkiyənin daxili işlərinə qarışmaqdan söhbət belə gedə bilməz. Səfirliyin rəsmi saytında yayılan açıqlamada deyilir:

“Vyana sazişinin 41-ci maddəsinə əməl edərək Türkiyənin daxili işlərinə qarışılmayacaq. Səfirliklərimiz ölkələrin daxili işlərinə hər zaman hörmətlə yanaşır”.

Bu açıqlamadan sonra əldə edilən məlumata görə, Ərdoğan səfirliyin bəyanatını məqbul hesab edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR