Bu ərazilərdə qaz təchizatı dayandırılıb

“Qaz İxrac” İdarəsinə məxsus “Yeni Binə” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırıldı.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatanadək “Qusar” QPS-dən qaz təchizatı dayandırıldı. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR