KTMT-dan ermənilərə AĞIR ZƏRBƏ:

Məlum olduğu kimi, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti baş tutub. Gözlənildiyi kimi, sammitdə Aşqabad Fəaliyyət Konsensusu adlı bəyannamə qəbul edilib.

Azərbaycana qarşı isti münasibət Ermənistan mətbuatında əməlli-başlı qıcıq yaradıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanla imzalanmış sənədlərə imza atan dövlətlər sırasında İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan var. Qazaxıstan, Tacikistan və Qırğızıstan bəlli olduğu kimi KTMT-nin üzvüdür. Bu dövlətlərin işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycanı və Azərbaycan xalqını təbrik etmələri Ermənistan cəmiyyətində açıq-aşkar gərginlik yaradıb. Təbii ki, sənəddə Qafqazda sülh və davamlı inkişafdan, mehriban qonşuluq münasibətlərinin qurulmasından da bəhs edilir. Erməni auditoriyasi bu dəstəyi Ermənistanı dəstəkdən məhrum etmək kimi qiymətləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR