Çoxmənzilli binalarda su sayğacı quraşdırılmasına dair araşdırma başlayıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri (MTK) yeni inşa etdiyi çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətini araşdırmağa başlayıb.

Bu barədə Metbuat.az-a Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.

Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, MTK-lar tikdikləri binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğaclarını təchizatçı müəssisənin vəsaiti hesabına təmin etməlidirlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR