Poliklinikalar evdə müalicə alanlara vitamin komplekslərini vermir? -

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev poliklinikaların evdə müalicə alanlara vitamin komplekslərini verməməsi ilə bağlı iddialardan danışıb.

Metbuat.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu iddiaları yanlış adlandırıb.

“Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır” - deyə, T.Musayev vurğulayıb

“Evdə müalicə yoxdur, evdə dəstək var. Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur” - deyə, nazir əvəzi əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR