Bugünədək "YAŞAT" Fondunun xərclədiyi vəsaitin məbləği açıqlandı

Bu günədək “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 manat məbləğində vəsait xərclənib.

Bu barədə Metbuat.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə 2 927 şəhidin ailə üzvləri, habelə 5 261 yaralı olmaqla ümumilikdə 16 644 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 11 450 şəxsin 16 537 müraciəti icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR