Həyat yoldaşından Sevda ilə bağlı paylaşım - FOTO

Ötən il təmtəraqlı toyları ilə səs-küy yaradan müğənni Sevda Yahyayeva ilə əri Zakir Bayramov yenidən gündəmə gəliblər.

Metbuat.az xəbər verir ki, Yeni il gecəsi Xalq artisti Röya Ayxanın evində qonaq olan cütlük bir neçə foto çəkdirərək sosial şəbəkə hesablarında yayımlayıb.

Zakir paylaşdığı fotolardan birində Sevdaya olan sevgisini etiraf edib. O, sənətçi həyat yoldaşı ilə lentə alınan şəkilinə "Sevirəm də, nə edə bilərəm ki?" sözlərini yazıb. Zakirin paylaşımı instaqram izləyiciəri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, cütlüyün pandemiya səbəbilə təxirə salınan toyu ötən ilin oktyabrın 25-də baş tutub. Yahyayevanın bahalı gəlinliyi və təmtəraqlı məclisi uzun müddət ölkə gündəmində müzakirələrə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR