Respublika Olimpiya İdman Liseyində "Son zəng" tədbiri keçirilib

13:43 30 May 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Respublika Olimpiya İdman Liseyində "Son zəng" tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq tədbirə Azərbaycan bayrağı gətirilib, Dövlət himni səsləndirilib.
Liseyin direktoru Rasim Muradov məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib. O qeyd edib ki, bu məktəb tədris istiqaməti üzrə Azərbaycandakı digər ümumtəhsil müəssisələrindən fərqlənir. Məktəbin 1964-cü ildən fəaliyyət göstərdiyini bildirən direktor belə bir tədris ocağının yaradılmasında məqsədin yeniyetmə yaşlarından uşaqları peşəkar idmana hazırlamaqdır. "Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycanın çoxlu sayda Olimpiya, dünya, Avropa çempionu adını qazanmış idmançıları bu məktəbin yetirmələri olub. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbdə təhsil alıblar", - deyən direktor məktəbin builki məzunları arasından da Azərbaycan bayrağını ucalara qaldıracaq idmançıların yetişəcəyinə inandığını vurğulayıb.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanda idmana olan qayğı və diqqətdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə idmanın inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, dünyada ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin idman sahəsində böyük nüfuza malik olmasının göstəricisidir.
Sonra tədrisdə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar və hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublika_Olimpiya_Idman_Liseyinde__quotSon_zeng_quot_tedbiri_kechirilib-859375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR