Pakistan mətbuatında 20 Yanvar hadisələrinə dair məqalə dərc edilib

Pakistan mətbuatında 20 Yanvar hadisələrinə dair məqalə dərc edilib
09:52 19 Yanvar 2015
85 Sosial
Ölkə mətbuatı
A- A+

Pakistanın diplomatik çevrələrində nüfuz sahibi olan ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Möhsin Əlinin 20 Yanvar hadisələrinə həsr edilmiş “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol” adlı məqaləsi dərc olunub.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə bildiriblər ki, məqalədə Azərbaycan xalqının hər ilin 20 Yanvar tarixində həmin gün 1990-ci ildə baş vermiş hadisələri yad etdikləri bildirilmişdir. Jurnalist öz yazısında 20 Yanvar hadisəsindən öncə cərəyan edən hadisələri nəzərdən keçirib. Bildirib ki, 80-ci illərin ikinci yarısında Sovet İttifaqında yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın Dağlığ Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətinin olduqları və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları vurğulanmışdır. Daha sonra, Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan yüz minlərlə azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanmış, buna etiraz əlaməti olaraq məqalədə azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və müstəgil Azərbaycan şüarları ilə çıxış etmələri məqalədə geyd edilmişdir.

Məqalədə 1990-cu ilin yanvarın 20-də Sovet ordusunun böyük kontingentinin Bakıya daxil edildiyi və silahsız insanlara atəş açdığı və törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. Bu aksiyanın SSRİ və Azərbaycan SSR konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil edildiyi vurğulanmışdır. Möhsin Əli əməliyyatdan öncə Azərbaycan TV-nin enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid olduqları, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyi bildirmiş və əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğunu qeyd etmişdir.

Pakistanlı jurnalistin məqaləsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi və nəticə etibarı ilə mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanmışdır. Yazıda şəhidlərin dəfn mərasimində bir milyonda çox insanın iştirak etməsi və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi faktlarını buna sübut kimi göstərilmişdir.

Yazar, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirmiş, 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyin elan etdiyini vurğulamışdır. Möhsin Əli, Azərbaycanın Prezidenti Heydər Əliyevin 16 Dekabr 1999 il tarixli fərmanı ilə 20 Yanvar qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyini qeyd etmişdir.

Məqalənin sonunda Pakistanın Pəncab əyalətinin Qucurxan bölgəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi qeyd olunmuşdur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR