Bir neçə bələdiyyələrin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb -

Azərbaycanda bir neçə bələdiyyələrin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Bundan başqa, ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR