Zelenskidən dünyaya TƏSİRLİ ÇAĞIRIŞ:

"Biz böyük bir faciə ilə üz-üzəyik. İndi biz nə etməliyik, bizə tamaşa yoxsa kömək edəcəksiniz?"

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenski dünya ictimaiyyətinə müraciəti əsnasında deyib. Zelenski bildirib ki, Ukrayna üçün NATO-da olub-olmamağın da fərqi yoxdur.

"Siz bizə kömək etməlisiniz. Bu gün təkcə Ukrayna deyil, bütün Avropa təhlükə ilə üz-üzədir. Əsgərlərimiz sabah sizi qoruyacaq. Sərhədimizdəki təhlükə bütün Yer kürəsi üçün təhlükədir. Hazırda burada böyük böhran gedir. Sabah Moldova, Litva, bütün Avropa təhlükə altında ola bilər. Ukrayna yalnız sülh istəyir, lakin biz istənilən ehtimala hazırlaşırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR