Bakı məktəblərinə psixoloqların qəbul vaxtı açıqlandı

Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a verilən məlumaat görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 27 fevral 2022-ci il tarixində keçiriləcək.

İmtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (Yasamal rayonu, Parlament prospekti, 7/11) inzibati binasında təşkil olunacaq.

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib. İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini və COVID-19 peyvənd sertifikatını (və ya immunitet sertifikatı) təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)