Ukrayna səfiri: "Azərbaycanlılar 24 saatda 3,5 ton yardım toplayıblar"

“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq”.

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.

“Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, - diplomat qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR