Zelenski Şarl Mişellə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti tviterdə paylaşım edib.

Prezident qeyd edib ki, Şarl Mişellə mülki infrastrukturun atəşə tutulmasını müzakirə edib.

Bundan əlavə, Zelenski telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub və Ukrayna xalqının buna layiq olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR