Bayramla əlaqədar avtobusların sayı 3 dəfə artırılıb

Bayram günlərində regionlara səfər edən sərnişinlərin paytaxta rahat geri qayıtmalarını təmin etmək məqsədilə sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Metbuat.az-a verilən məlumata görə, martın 17-dən 24-dək ümumilikdə 54 mindən çox sərnişin regionlara daşınıb.

Bayram günlərində biletlər daha çox Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Balakən, Masallı və Lənkəran istiqamətlərinə alınıb.

Gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR