Bakıda gecə klubunda dəhşətli partlayış -

Bakının Səbail rayonunda partlayış baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda baş verib. Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış qaz sızmasından baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. TTTYX-dən verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR