Rafiq Hüseynov üçqat Avropa çempionu oldu

Bu gün Azərbaycanın Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz həlledici görüşdə Gela Bolkvadze ilə (Gürcüstan) qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov, karyerasında üçüncü dəfə qızıl medal qazanıb.

Murad Məmmədov (60 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.

Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Sleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR