Rusiya üç ölkənin konsulluqlarını bağlayır

Rusiya Latviya, Litva və Estoniyanın Sankt-Peterburq şəhərində yerləşən Baş konsulluqlarını bağlayır.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Rusiya, həmçinin Latviyanın Pskov şəhərindəki konsulluğunu və Estoniyanın Baş konsulluğunun ofisini bağlayacaq.

Bildirilir ki, sözügedən konsulluqların əməkdaşları “arzuolunmaz şəxs” elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR