Azərbaycanın voleybol hakimi Avropa çempionatına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, o, 21 - 24 apreldə Türkiyənin Bursa şəhərində keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının A qrupunun oyunlarını idarə edən referilərdən biri olacaq.

Hacıyevlə yanaşı, yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç bu qrupda ədaləti qoruyacaq.

Qeyd edək ki, A qrupunda Türkiyə, Albaniya, Macarıstan və Ukraya voleybolçuları çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR