Elçin Səmədli UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səmədli qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunun oyunlarında iş başında olacaq.

Qeyd edək ki, C qrupunun matçları 11 - 14 mayda Litvada gerçəkləşəcək. Bu qrupda yerli komanda ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya və Qazaxıstan da mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR