“Qərbi və müttəfiqləri Rusiyanın gələcəkdəki təhdidlərindən xilas etmək üçün Prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq lazımdır”.
Metbuat.az xəbər verir ki, Litvanın xarici işlər naziri Qabriellius Landsbergis belə açıqlama verib. O bildirib ki, ABŞ və NATO Rusiyaya qarşı daha sərt mövqe ortaya qoymalıdır. Diplomat Rusiyanın təşkil etdiyi 9 may Zəfər bayramının təmtəraqlı keçmədiyini, generalların üzündəki tutqun ifadənin Ukrayna müharibəsindəki uğursuzluğun nümayişi olduğunu ifadə edib.