Cari ildə 183 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub -

Cari ilim yanvar-mart aylarında 403 yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-a Dövlət Statistika komitəsindən verilən məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb.

Qəzaların 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib. 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub.

Bundan başqa, bütün yol-nəqliyyat hadisələrinin 46,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizi, yaralananların isə 68,9 faizi kişilərdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş vermiş, nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR