Millimiz yoldaşlıq oyununda Litvanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev fərqlənib.

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan yığması 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında mayın 20-də və 21-də daha iki oyun nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR