UEFA Millətlər Liqası: Türkiyə Farer Adalarını darmadağın etdi

UEFA Millətlər Liqasının qrup mərhələsində I tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqalarında 7 qarşılaşma oynanılıb.

A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında İngiltərə səfərdə Macarıstana uduzub - 0:1.

C Liqasının 1-ci qrupunda Türkiyə Farer Adalarını darmadağın edib - 4:0. Lüksemburq isə səfərdə Litvanı yenib - 2:0.

UEFA Millətlər Liqası

I tur

A Liqası

3-cü qrup

20:00. Macarıstan - İngiltərə - 1:0

Qol: Dominik Soboslai, 66

22:45. İtaliya - Almaniya - 1:1

Qollar: Lorentso Pelleqrini, 70 - Yozua Kimmix, 73

B Liqası

1-ci qrup

17:00. Ermənistan - İrlandiya - 1:0

Qollar: Eduard Spertsyan, 74.

3-cü qrup

20:00. Finlandiya - Bosniya və Herseqovina - 1:1

Qollar: Teemu Pukki, 45+1 - Smail Prevlyak, 90+3

22:45. Monteneqro - Rumıniya - 2:0

Qol: Stefan Muqoşa, 66. Marko Vukçeviç, 87.

C Liqası

1-ci qrup

20:00. Litva - Lüksemburq - 0:2

Qolar: Danel Sinani, 44. 78

22:45. Türkiyə - Farer Adaları - 4:0

Qollar: Cengiz Ünder, 37. Halil Dervişoğlu, 47. Serdar Dursun, 82. Merih Demiral, 85.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR