Atası mağazaya getdi, uşaq maşını yoxuşa aşırdı -

Bakının Yeni Yasamal ərazisində - Əsəd Əhmədov küçəsində qəza baş verib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “Toyota Prado” markalı avtomobil yoxuş aşağı yuvarlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.

Azyaşlının vəziyyəti normaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR