Litvadan Rusiyaya İNANILMAZ TƏHDİD:

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Litva Kalininqrada göndərilməsi qadağan edilən məhsulların siyahısını genişləndirməyə hazırdır”.

Metbuat.az xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda belə açıqlama verib. O bildirib ki, Litva Rusiyanın hər cür cavab tədbiri ilə üzləşməyə və buna cavab verməyə hazırdır.

Qeyd edək ki, Rusiya buna qədər quru sərhədi olmayan Kalininqrada yük göndərmək üçün Litva ərazisindən istifadə edirdi. Lakin Litva buna qadağa qoyub. Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad Baltik dənizi sahilində Polşa və Litva arasında yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR