Əli Əhmədov BQXK rəsmiləri ilə görüşüb

Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR