"Azərxalça" jurnalistlər üçün mediatur təşkil edib -

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün İsmayıllı emalatxanasına mediatur təşkil edib.

Metbuat.az xəbər verir ki, 30-a yaxın jurnalistin iştirak etdiyi mediaturda jurnalistlər xalçaların toxunması, istehsalı üsulları ilə tanış olublar.
Mediaturda jurnalistlərlə yanaşı “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak ediblər. Tur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olundu.

"Azərxalça"nın mətbuat katibi Xatuna Abdullayeva bildirib ki, mediaturun təşkil edilməsində əsas məqsəd həm jurnalistləri, həm də cəmiyyəti "Azərxalça"da baş verən yeniliklərlə tanış etməkdir. O bildirib ki, artıq Azərbaycanda ipək xalçaların toxunulmasına başlanılıb:
"Son dövrlər "Azərxalça"da əsas yeniliklərdən biri tarixində ilk dəfə olaraq ipək xalçaların toxunması ilə bağlıdır. Belə ki, ipək xalçaların xammalı və boyanması ümumilikdə hamısı "Azərxalça"da baş tutur. İpəklər "Azəripək"dan, boyalanma isə "Azərxalça"nın özünün müəssisələrində baş verir. Hazırda 5 emalatxanada fəaliyyət göstəririk. Yaxın zamanda isə həm yerli, həm də xarici alıcıların istəklərini nəzərə alaraq istehsalı artırmağı nəzərdə tuturuq.
Bundan başqa, Azərbaycan xalçalarını və xalçaçılığını beynəlxalq arenada tanıtmaq üçün satış nöqtələrinin sayı artırılıb. Hətta Bruneyin məşhur ticarət mərkəzlərindən birində satış nöqtələri, Avstraliyada isə onlayn satış fəaliyyətə başlayıb".


Mediaturda məlumat verildi ki, xammalın bahalığı və sərf olunan əməyin daha uzunmüddətli və ağır olmasını nəzərə alaraq ipək xalçaların maya dəyəri yun xalçalardan daha yüksək olur.

“Azərxalça” emalatxanalarının hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Amma bəzi emalatxanalarda hazırda işçi sayı çox azdır. Bundan əlavə emalatxanaların bəziləri eyni ərazidə yerləşir, halbuki həmin ərazi üçün bir emalatxananın fəaliyyəti kifayətdir. Əlavə xərclərin, lazımsız israfların, aylıq böyük məbləğli kommunal xərclərin qarşısını almaq məqsədi ilə emalatxanaların fəaliyyətində islahatlar- eyni ərazidə yerləşən, az işçili emalatxanaları daha böyüklərinə birləşdirmək kimi işlər aparılır.

Birləşdirilən emalatxanalar sırasında İsmayıllı 1 və İsmayıllı 2 (artıq İsmayıllı emalatxanası) var. Birləşdirilən emalatxananın işçilərinin digər emalatxanaya gedə bilməsi üçün xüsusi avtobuslar ayrılıb. Birləşdirildikdən sonra boş qalan emalatxana dövlətə təslim olunub.
Regionlarda məşğulluğun artırılmasında, xüsusilə qadınların işə cəlb olunmasında bəlli rolu olan “Azərxalça” ASC- nin edilən bütün islahatlarda əsas məqsədi istehsalın keyfiyyətinin artırmaq, satışı stabilləşdirmək, işçilərin rifahını artırmaqla “Azərxalça” ASC-ni dövlətə xeyir verən bir quruma çevirməkdir.

Həmçinin “Azərxalça” ASC yerli və xarici müştərilərdən maraqlı sifarişlər qəbul edir.
“Azərxalça” ASC –də yerli, xarici, şirkət və ya fərdlərdən istənilən növdə sifarişlər qəbul olunur. İsmayıllı emalatxanasındakı Səudiyyə Ərəbistanından olan qonaqlarımızdan , müştəridən qəbul olunmuş maraqlı sifarişi sizlərə təqdim edirik. Müştərilə ənənəvi Xiləfşan xalçasını daha adət etdiyimiz rənglərdə deyil, cəmi 4 tonda sifariş ediblər. 4 ədəd 25kv öçüdə və iki balaca ölçüdə xalça “Azərxalça” nın İsmayıllı və Kürdəmir emalatxanalarında toxunur. Bütün sifariş sentyabr ayının sonunadək bitəcək.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR