Bakıdakı istirahət mərkəzinin balıq "siyasəti": Tutulan hər kq balıq üçün nə üçün ödəniş tələb olunur -

Xəbər verdiyimiz kimi, "Omar Atçılıq Mərkəzi"ndə balıqçılıq bölməsində 1 kq balıq tutan şəxs bunun üçün 10 manat ödəniş etməlidir. Bu qayda isə bir çox vətəndaşların narazılığına səbəb olub.

"Omar Atçılıq Mərkəzinin" sahibi Natiq Zeynalov Metbuat.az-a bildirdi ki, bunun səbəbi öncədən balıq ovuna hazırlıq səbəbindən çəkilən xərclə bağlıdır:

"Öncəliklə, qeyd etmək istəyirəm ki, 5 manat balıqçılıq bölməsinə giriş üçün deyil. Atıcılıq Mərkəzinə giriş üçün elə 5 manat ödədikdən sonra istədiyiniz yerə gedə bilərsiniz. Biz balıq tutmaq üçün şərait yaratmışıq. Qaldı ki balıq tutandan sonra ödəniş məsələsinə, əvvəla, vətəndaş gəlib balıq tuta bilsin gərək. Elə bilirsiniz ki, balıq tutmaq rahatdı? Xeyr, rahat deyil.

Bizim orada 70 hektar gölümüz var, bu ərazini mən icarəyə götürümüşəm və bunun üçün ildə 6 mindən çox pul ödəyirəm. Yanvar ayında 10-15 ton diri, orta çəkidə balığı rayondan gətirirlər və hərəsinə 6 manatdan pul ödədikdən sonra gölə tökürəm. Balacaları ala bilmirəm, çünki quşlar göldən balıqları aparır. Həmin aldığım balıqları 3 ay yemləyirəm. Bunun üçün 2 işçi götürmüşəm, gecə - gündüz həmin balıqlar qorunur. Məlum məsələdir ki, balıq yeminin kilosu da bahadır. Bütün bunlar hamısı xərcdir.

Mart ayından isə balıqçılar gəlib hazır şəkildə balıq tuturlar. Elələri olur ki, gəlib balıq tutur, ödəniş etmir və balığı gizlincə oğurlayırlar. Çox təəssüf ki, bizdə balıq tutmaq mədəniyyəti də yoxdur. Təkcə bu sahədə deyil, başqa sahələrdə də belə hallar çox olur və biz sahibkarlar belə vəziyyətdən çox əziyyət çəkirik",- deyə Natiq Zeynalov bildirib.


12:15

Bakıda insanların səmərəli vaxt keçirmək üçün üz tutduqları məkanlardan biri də "Omar Atçılıq Mərkəzi"dir. Bu məkanın maraqlı yerləri, xoş ab-havası olduğu qədər cib yandıran qiymətləri də var.

Metbuat.az-ın qaynar xətti ilə əlaqə saxlayan oxucu bildirir ki, sözügüdən mərkəzin atçılıqdan əlavə balıqçılıq hissəsi də mövcuddur. Təkcə balıq tutmaq üçün girişdə 5 manat ödəməkdən əlavə, vətəndaşdan hər tutulan balığın kiloqramına görə də 10 manat ödəniş tələb olunur.

Mərkəzin bu qiymət siyasəti ilə bağlı onlara sorğu göndərsək də, cavab ala bilmədik.

Bundan əlavə, istirahət mərkəzində həftəsonu və həftəiçi qiymətlərdə də fərqlilik var. Məsələn, atçılıq bölməsində atla gəzinti üçün həftəiçi 3 dairə 10 manatdırsa, həftəsonu 2 dairə 10 manat olur.

Gülər Seymurqızı

No description available.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR