“Dövlət qulluqçusu ol!" təlimləri uğurla davam edir -

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə iyun ayından start götürən və ödənişsiz olaraq həyata keçirilən “Dövlət qulluqçusu ol!” təlimləri uğurla davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidmətindən bildirilib.

Belə ki, həftə ərzində ümumilikdə 3 dəfə, hər fənn üzrə isə həftədə 1 dəfə olmaqla, davam edən təlimlər qanunvericilik, məntiq və informatika fənnləri üzrə həyata keçirilir.

Qeyd edək ki, qanunvericilik üzrə təlimləri Neftçala rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, II dərəcəli dövlət qulluqçusu, BA və AC kateqoriyaları üzrə sertifikatlara sahib Xannənə Ağayeva, məntiq üzrə dərsləri Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru, magistraturaya qəbul və digər imtahanlarda yüksək nəticə göstərmiş, eyni zamanda özəl kurslarda məntiq mentoru kimi çalışmış Fərhad Baxışov, informatika üzrə təlimlər isə İQ Education Tədris mərkəzinin əməkdaşı, mərkəzimiz tərəfindən tədris olunan “Start IT” kursunun təlimçisi, müvafiq sahə üzrə BB1 kateqoriyasına sahib Əfsanə Abdullazadə tədris edir.

Layihənin davam etdiyi ötən 2 ay ərzində gənclərə qanunvericilik fənni üzrə “Azərbaycan Respublikasının Konstitusiyası”, “Dövlət qulluğu haqqında Qanun”; informatika fənni üzrə informatika və onun əsas anlayışları, fərdi kompyuterlərin xarakteristikası – aparat təminatı və proqram təminatı, əməliyyat sistemləri, “Windows 10” ƏS, “MS Office” proqramları; məntiq proqramı üzrə isə riyazi və abstrakt məntiq bölmələri tədris olunub.

Təlimlərin davamı avqust ayı ərzində eyni zamanda onlayn olmaqla da davam edəcək. Onlayn dərslərə qoşulmaq üçün mərkəzimizə müraciət edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR