Qara ciyərdən 4 telefon çıxdı (FOTO)

Qara ciyərdən 4 telefon çıxdı (FOTO)
12:01 19 Yanvar 2015
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı 7 saylı Cəzaçəkmə müəssisəsinə bir neçə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS RESS-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nazim Acalov Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.





Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR