Nazilə Səfərli BNA və DYP-ni sərt tənqid etdi:

Şairə Nazilə Səfərli sosial şəbəkə hesabında BNA və DYP-ni sərt tənqid edib.

Metbuat.az xəbər verir ki, o, şəhərin tıxaclarından narazılıq edib:

"Şəhərin bu yerində - sağda aviakassa, solda çay fabriki. Şəhərin bu yerində işıqfor xarab olar? İşıqforun işləməməyi görün, nə qədər qəza şəraiti yaradır. Görün, nə qədər problem yaşadırsınız bizə. Mövsüm indi gəlib ey, uşaqlar indi tətildən gəlib. Hara baxırsınız, ay yol işinə baxanlar? Gör, xalq, camaat nə gündədir.

Yağış yağıb, işıqfor işləmir bir yandan. Avtobuslar da Allah göstərməsin, damımıza dırmaşırlar.

"28 May" metrostansiyasından bir azdan "Port Baku"ya yaxınlaşıram. Ora qədər bir dənə yol polisi yoxdur. Neyləyirsiniz? Nə işlə məşğulsunuz? Başqa vaxt gözümüzü deşirsiniz. Hardasınız yağış yağanda? Hamınız yoxa çıxmısınız".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR