ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında "etiraz aksiyası" keçirməyə cəhd ediblər.
Metbuat.az xəbər verir ki, ermənilər özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma "bayraqlarla" səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar.
Lakin onlarıb bu boş səylərinə səfirliyimiz Azərbaycan dövlət himnini səsləndirməklə cavab verib. Yüksək səslə eşidilən himnimizin qarşısında ermənilərin etiraz səsləri belə eşidilməyib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimdir.
Gülər Seymurqızı