Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci il üçün neftin orta qiymətinə dair proqnozunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə neftin bir barelinin orta qiyməti 92,8 ABŞ dolları, 2027-ci ildə isə 82,8 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, Mərkəzi Bankın proqnozuna əsasən, 2027-ci ildə neftin bir barelinin orta qiymətinin 82,8 ABŞ dolları təşkil edəcəyi gözlənilir.