Vəfat edən fotoqraf Milli Məclisdə çalışırmış

Xəbər verdiyimiz kimi, Azərbaycanda tanınmış fotoqraf Talıbov Şamil Asim oğlu vəfat edib.

Metbuat.az-ın məlumatına görə, Şamil Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi imiş. Onun işi foto ilə bağlı olub.

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Şamil Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

Mərhum ailəli idi və qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR