Türkiyə MN Vətən Müharibəsi şəhidlərinin xatirəsini anıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi tviter hesabında paylaşılıb:

"Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gündə qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR