ABŞ-ın məhv edilməsi üçün 3 milyon dollar vəd etdiyi terrorçu öldürüldü

Somalidə Əş-Şəbab terror qruplaşmasının liderlərindən biiri Abdullahi Nadir zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Somalinin rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, terrorçulara qarşı əməliyyat Jubba vilayətində təşkil edilib. Həmin əməliyyat zamanı qruplaşmanın qurucularından hesab edilən Abdullaji Nadir məhv edilib.

Qeyd edək ki, ABŞ Abdullahi Nadirin yeri barədə məlumat verənə 3 milyon dollar mükafat ayırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR