Qansın gəlişi Tehranın "damarına" toxunub:

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkədəki etiraz aksiyaları ilə bağlı ilk dəfə açıqlama verib. Onun sözlərinə görə, etiraz aksiyaları əcnəbilər tərəfindən planlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu açıqlamadan sonra oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın Azərbaycana gələrək bir sıra əhəmiyyətli görüşlər keçirdi. İranın baş qərargah rəisi Məhəmməd Baqeri isə müdafiə naziri Zakir Həsənov telefonda müzakirə aparıb. Ermənistan sərhədini “qırmızı xətt”i elan edən İran Baqeri vasitəsilə “dialoqa” dəvət edib, Həsənov da “Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməyib” - deyə cavab verib.

Bu üç mühüm hadisəni İranın niyyətini ortaya çıxardığını deyən siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a bildirdi ki, etirazları xarici qüvvələrə bağlamağa çalışan Tehran Qansın Bakıya səfərinə də bu kontekstdə baxır, yaxud bu səfəri Xameneyinin “Amerika və İsrailin planıdır” iddiasını inkişaf etdirmək üçün fürsət bilirlər.

“Xameneyinin açıqlamasından sonra rejimin etirazları yatırmaq üçün maksimum gücdən istifadə edəcəyi aydın görünür, lakin “xarici qüvvələr” iddiasını əsaslandırmaq istiqamətində də çalışacaqlar. İranın bu prosesdə Azərbaycanın üzərinə gəlmə ehtimalı böyükdür: Qansın Bakıya gəlişindən həm daxili etirazları “xaricə” bağlamaq, həm də sərhəd məsələsində Bakıya təzyiq etmək üçün isifadə edə bilərlər; Baqerinin bir neçə gün öncə Azərbaycana qarşı təhdid xarakterli çıxışı da onun Bakıya zənginin xoş niyyət daşımadığı fikrini önə çıxarır”,- deyə Asif Nərimanlı qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR