Şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları ilə görüş keçirilib -

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresi və “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ildönümünə həsr edilmiş şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları ilə mənəvi dəstəkyönümlü görüş keçirilib.

Təşkilatdan Metbuat.az-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatları Elman Nəsirov, Razı Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Aydın Mirzəzadə, Aydın Hüseynov, "Dayaq" Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal, "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədov şəhid ailələri, qazilər, müharibə iştirakçıları, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-lər iştirak ediblər.

Çıxış edənlər 27 sentyabr 2020-ci ildə başlanılan əks hücum əməliyyatları nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, fədakar Azərbaycan Ordusunun rəşadəti ilə 44 gün davam edən Vətən müharibəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyulduğunu vurğulayıblar. Bu gün qürurla deyə bilərik ki, millətimizə bəxş edilən bu zəfərdə Vətən uğurunda qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlarımızın adları ehtiramla anılmalı, əziz xatirələri qürurla yeni nəslə təbliğ edilməlidir.

Tədbirdə "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək qeyd edib ki, xalqımıza qəlbə zəfərini bəxş etmiş, düşmən istilasına son qoymuş şəhidlərimizin ailə üzvlərinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı, mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Daha sonra Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin həssas təbəqəsinə göstərdiyi diqqət və qayğısı fonunda həyata keçirilən sosial siyasətə birgə həmrəylik əzmində vətəndaş cəmiyyəti dəstəyini göstərmək məqsədilə şəhid ailələri, qazilər, müharibə iştırakçıları ilə bir araya gələrək bu cür diqqət və mənəvi dəstək yönümündə birgə tədbir gerçəkləşdiriblər.

"Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədov bildirib ki, dövlət gənclər siyasəti fonunda gənclərin milli vətənpərvər ruhda böyüməsi, silaha sarılaraq torpaqlarımızın azadlığı uğurunda vətənimizin bütövlüyü naminə haqq savaşına qalxması, daima Ali Baş Komandanının əmrinə müsəlləh əsgər kimi hər an hazır olması gənclərin həm ictimai-siyasi sahədə, həm də milli vətənpərvər əzmində hazır olduğunun əyani təsdiqidir. Biz gənclər öz üzərimizdə hər zaman çalışmalı, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin gənclərlə bağlı siyasət kursunu əsas götürərək fədakarlıqla çalışmalı və şəhid ailələri, qazilərin qəhrəmanlıq yolunu gənclərə ləyaqətlə təbliğ etməliyik.

Birlik rəsmiləri çıxışlarında bildiriblər ki, gələcəkdə də ölkəmizin həssas təbəqəsi ilə bağlı belə tədbir və görüşləri davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR