Beynəlxalq Mətbuat İnstitutu
International Press Institute (IPI)
https://ipi.media/
Təşkilatın missiyası, fəaliyyət istiqamətləri
Beynəlxalq Mətbuat İnstitutu (BMİ/İPİ) 1950-ci ildə ABŞ-da yaradılıb.
16 ölkəni təmsil edən 34 aparıcı KİV redaktoru Nyu Yorkdakı Kolumbiya Universitetində toplaşaraq İPİ-ın qurulduğunu elan ediblər. İlk bəyanatlarında vurğulayırdılar ki, azad media, söz və ifadə azadlığı demokratiyanın təməlidir. Demokratiya quruculuğu, yüksək rifah, sülhsevər dünya naminə mətbuat azadlığı müdafiə olumalıdır.
Təşkilatın mərkəzi ofisi indi Avstriyada-Vyanada yerləşir.
Fəaliyyət göstərdiyi 70 il ərzində BMİ/İPİ media azadlığı və müstəqilliyi uğrunda mübarizənin önündə olub. Aparteizmə, senzuraya qarşı mübarizə ilə yanaşı, Afrika ölkələrində, Yunanıstanda və digər ölkələrdə hərbi xunta rejimlərinə qarşı açıq savaş açıb. Bu rejimlərin həbsxanalara atdığı azad ruhlu jurnalistlərin məhbəsdən qurtarmaları üçün çalışıb.
BMİ/İPİ II Dünya Müharibəsindən sonra - 1950-ci illərdə fransız və alman jurnalistləri arasında dialoqun qurulmasında, ikitərəfli mübadilələrin formlaşmasında iştirak edib. 1970-ci illərdə ingilis və frankofon afrikalı jurnalistlərin ilk görüşünü, 2000-ci illərdə İsrail-Fələstin jurnalistlərinin dialoqunu təşkil edib.
Strukturu və əməkdaşlıq meyarları
Hazırda BMİ-nin 120-dən çox ölkədə üzv təşkilatları vardır. 20 ölkədə-Banqladeş, Danimarka, Finlandiya, Almaniya, Hindistan, Yaponiya, Koreya, Nepal, Nigeriya, Norveç, Slovakiya, İsveçrə, Tayvan (ROC), Türkiyə, Azərbaycan, Böyük Britaniya, ABŞ-damilli komitələri fəaliyyət göstərir. Cənub-Şərqi Avropa Media Təşkilatı (South East Europe Media Organisation-SEEMO) adlı filialı mövcuddur. Azərbaycanda əsas partnyoru Beynəlxalq Avrasiya Mətbuat Fondudur.
Milli Komitələr BMİ-nin ölkələr səviyyəsində təmsilçiləridirlər. BMİ üzvlərindən ibarət Milli Komitələr öz ölkələrində BMİ-nin məqsəd və vəzifələrini fəal şəkildə təbliğ edir, yerli mediaya təsir edən məsələlərə müdaxilə edirlər. Xüsusilə, onlar media azadlığına və ya xəbərlərin azad axınına qarşı təhlükələrin monitorinqində əsas rol oynayırlar.
Milli Komitələr İPİ-ın yerli üzvləri üçün tədbirlər, kurslar, seminarlar təşkil edirlər. Onlar işlərini BMİ Katibliyi ilə koordinasiya edirlər, Katiblik adından yerlərdə çıxış edirlər. BMİ üzvü olmaq istəyən yerli jurnalistlər ərizələrini müvafiq Milli Komitəyə təqdim edirlər.
Beynəlxalq Mətbuat İnstitutudünya üzrə media, söz və ifadə azadlığının monitorinqini keçirir. Jurnalistlərə qarşı hücumlara reaksiya verir. Öz reaksiyasını insidentlərin baş verdiyi ölkələrdəkihökumətlərə və hökumətdaxili strukturlara etiraz məktubu göndərmək, kampaniyalar keçirmək formasında büruzə verir. BMİ mətbuat azadlığının təhlükə altında olduğu ölkələrə missiyalar təşkil edir, hökumət rəsmiləriylə, diplomatlarla, jurnalistlərlə və qeyri-hökumət təşkilatlarıyla görüşür, onlara hüquqi cəhətdən təmsil edir və məhkəmələrdə dəstək verir.
BMİ, həmçinin, dünya üzrə öldürülmüş jurnalistlərin monitorinqini aparır. 1997-ci ildən etibarən media insidentlərini əks etdirən “Death Watch” hesabatını hazırlayıb yayır.
BMİ/İPİ ayrı-ayrı ölkələrdə qəbul edilən yeni media qanunlarını diqqətlə izləyir,hökumətlərə bu qanunların beynəlxalq standartlara necə yaxınlaşdırmağın lazım olması ilə bağlı məsləhətlər verirlər. Paralel olaraq, media azadlığının durumu ilə bağlı tədqiqat işləri aparır. Dünya ölkələrində mətbuat azadlığının durumunu əks etdirən "IPI Global Journalist" jurnalını buraxır, əlavə bir neçə nəşrlər yayımlayır.
Nəşrlərdən əlavə, BMİ/İPİ hər il dünya üzrə media azalığına qarşı baş verən özbaşınalıqlar barədə hesabat hazırlayıb yayımlayır: “The World Press Freedom Review” adlanan bu hesabatlar kəskin ruhludur, prosesləri çılpaqlığı ilə əks etdirir.
BMİ/İPİ 1996-cı ildə təsis edilmiş “Azad Media Pionerləri Mükafatı”nı da təqdim edir. Bu mükafat o şəxslərə və ya təşkilatlara verilir ki, onlar öz ölkələrində və ya regionlarında medianı daha azad və müstəqil etmək üçün böyük əzmkarlıqla mübarizə aparırlar. Bu mükafata ABŞ-da yerləşən "Azadlıq Forumu" da sponsorluq edilir.
İPİ/BMİ–ni digər beynəlxalq statuslu media təşkilatları sırasında fərqləndirib məşhurlaşdıran fəaliyyətlərindən biri onun illik təşkil etdiyi “Dünya Media Konqresi”dir. Toplantılara hər il dünya ölkələrindən bir neçə yüz naşirlər, redaktorlar, jurnalistlər, jurnalist təşkilatları toplanırlar. Konqresin keçirilməsi üçün kokret maliyyə mənbəyi yoxdur.Ayrı-ayrı fondlar sponsorluq edirlər. BMİ iri tədbirlərini ayrı-ayrı ölkələrdə keçirir və təşkilatçı ölkə tədbirin keçirilməsi üçün öz töhvələrini verir. BMİ bu cür töhvələrə açıq təşkilatdır.
“Dünya Media Konqresi”ndə media sahəsində cərəyan edən qlobal tendensiyalar müzakirə edilir. Müsbət tendensiyalar təqdir, neqativ tendensiyalar tənqid edilir. Konqres panellər, dəyirmi masalar, ustad dərsləri, plenar iclaslar və təkbətək söhbətlərlə müşayiət olunur. “Dünya Media Konqresi” söz və ifadə azadlığı sahəsində cərəyan edən proseslərin ən geniş şəildə müzakirə edildiyi beynəlxalq platformadır.
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) keyfiyyətli, müstəqil jurnalistikaya ümumi bağlılığı bölüşən redaktorlar, media rəhbərləri və aparıcı jurnalistlərlə işləyir. Bu keyfiyyətləri daşıyan şəxslərinbirləşdiyi qlobal şəbəkədir. Üzvləri sayəsində BMİ media azadlığı barədə güclü səslə danışır.
Jurnalistikanın ictimai funksiyasını yerinə yetirməsinə imkan verən şəraiti təbliğ edir.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.
Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.
Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.