Bu avtomobillərin idxalı gömrük rüsumundan

Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir. Eyni zamanda elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR