Beynəlxalq təcrübəli özbəkistanlı gözəllik mütəxəssisi Kamola Umarova öz sahəsinin ən yaxşısı

İnsanın özgüvənli olmağı üçün özünü gözəl hiss etməsi şərtdir. Xarici görünüşünə qarşı kompleksi olan, özündən narazı şəxs bir çox sahələrdə uğursuz olur. Bir sözlə, gözəl görünmək istəyi qadın genetikasının prioritetlərindəndir. Müasir dövrdə peşəkar gözəllik mütəxəssisləri ən çox ehtiyac duyulan şəxslərdir. Özbəkistanın bu sahədə peşəkar mütəxəssislərindən biri də Kamola Umarovadır.

Öz ölkəsinin tanınmış kosmetoloqu Kamola Umarova 1978-ci ildə Daşkənd şəhərində anadan olub. 1995-ci ildə orta təhsilinifərqlənmə diplomu ilə başa vurduqdan sonra o, ilk olaraq hüquq təhsili alır. Tibb sahəsinə olan marağı onun bu sahədə təkmilləşməsinə stimul olur. Bütün çətinliklərin öhdəsindən əzmlə gələn Kamola Umarova 2011-ci ildən həkim olaraq fəaliyyətə başlayır. Hazırda fəaliyyətini "Man Rey" klinikasında dermatoloq-kosmetoloq olaraq davam etdirən mütəxəssis bu sahədə özünəməxsus cavanlaşdırma üsullarının müəllifidir. Onun texnikaları arasında ən məşhuru "7 nöqtədə facelift ilə 10 il gəncləşmə" üsuludur.

Özbəkistanda "Neauvia" kosmetik markasının praktiki klinik təlimçi-müəllimi olan Kamola Umarova dermatovenerologiya və estetik təbabət üzrə çoxsaylı beynəlxalq konqreslərin və respublika elmi-praktik konfranslarının iştirakçısıdır. Avropa, Rusiya və BƏƏ-də baş tutan tibbi layihə və konfransların iştirakçısı Kamola Umarovanınsahib olduğu beynəlxalq təcrübə onu öz məsləyində yüksəlməsi üçün stimuldur.

Kamola Umarova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin uğurlu Derma kosmetoloqu nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR