"Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır".

Metbuat.az xəbər verir ki, bu, ABŞ Birləşmiş Baş Qərargahlarının Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin səfəri və keçirdiyi görüşləri ilə bağlı bəyanatında qeyd olunub.

Qeyd edilib ki, Birləşmiş Baş Qərargahların rəisinin birinci müavini Kristofer Qreydinin general-polkovnik Kərim Vəliyevlə görüşü zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələr müzakirə edilib.