Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu götərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% çoxdur.

Hesabat dövründə qeyri neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9 milyard 813,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,1% artım deməkdir.