Parlamenti Azərbaycan qarşı qətnamə qəbul edir,

Məlum olduğu kimi, Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan XİN bunu Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatı adlandırıb.

XİN-dən Fransa parlamentinin aşağı palatasında əleyhimizə qəbul edilən qətnaməsinə REAKSİYA

Eyni zamanda Milli Məclis də Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni qəti şəkildə rədd etdiyini, siyasi riyakarlıq kimi qiymətləndirdiklərini açıqlayıb.

"Fransa Parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar", - deyə Milli Məclis qeyd edib.

Milli Məclis Fransanın qəbul etdiyi qətnaməni RƏDD ETDİ

Fransa XİN-in açıqlamasına gəlincə, bildirilib ki, Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir. Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.

"Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusən də noyabrın 29-da bildirilib ki, Fransa sülh üçün tərəfləri bu danışıqlarda irəliləməyə təşviq etməyə davam edir", - deyə məlumatda qeyd olunub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR