Müdafiə nazirinin yeni müavini kimdir? -

Xəbər verdiyimiz kimi, Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Metbuat.az xəbər verir ki, məlumata görə, 36 yaşlı Aqil Qurbanov əvvəllər 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə “Azerfon” (“NarMobile”) şirkətində və “Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə “Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında “Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında “Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Qeyd edək ki, Aqil Qurbanov ötən gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyətinin tərkibində Fəxri xiyabanı ziyarət edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR