Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanın düşərgəsini özbaşına tərk etməsi səbəb olub.
41 yaşlı ulduz 1 aydan 6 aya qədər diskvalifikasiya oluna, həmçinin pul cəzasına məruz qala bilər.
Futbolçunun cəzasının müddətini yerli federasiyanın intizam komitəsi müəyyənləşdirəcək.